wal-tīni wal-zaytūni
And olsun əncirə və zeytuna!
waṭūri sīnīna
And olsun (Allahın Musa ilə danışdığı) Sinay dağına!
wahādhā l-baladi l-amīni
And olsun əmin-amanlıq içində olan bu şəhərə (Məkkəyə)!
laqad khalaqnā l-insāna fī aḥsani taqwīmin
Həqiqətən, Biz insanı ən gözəl surətdə yaratdıq.
thumma radadnāhu asfala sāfilīna
Sonra onu aşağıların ən aşağısı etdik (cəhənnəmə göndərdik, yaxud qocalığın son həddinə çatdırdıq).
illā alladhīna āmanū waʿamilū l-ṣāliḥāti falahum ajrun ghayru mamnūnin
Ancaq iman gətirib yaxşı işlər görənlər bundan istisnadır. Onlar üçün bitməz-tükənməz mükafat vardır.
famā yukadhibuka baʿdu bil-dīni
Bəs daha sonra haqq-hesabı (axirəti) təkzib etməyə səni vadar edən nədir?
alaysa l-lahu bi-aḥkami l-ḥākimīna
Allah hökm verənlərin ən üstünü deyilmi?!