Sənin sinəni açıb genişlətmədikmi?!
Yükünü səndən götürmədikmi?!
Hansı ki, (ağırlığı) sənin belini bükmüşdü.
Sənin şanını ucaltmadıqmı?!
Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır.
Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.
Elə isə (dünyəvi işlərini) qurtardığın zaman (Allaha ibadət etmək üçün) qalx!
Və Rəbbinə yönəl!